Rəisi: Qəzza Qərbin mənəvi tənəzzülünün simvoludur
https://parstoday.ir/azeri/news/iran-i3210-rəisi_qəzza_qərbin_mənəvi_tənəzzülünün_simvoludur
İran İslam Respublikası prezidenti BRİCS liderlərinin vebinar iclasında Qəzzada baş verən hadisələrlə bağlı deyib: Qəzza Qərbin mənəvi tənəzzülünün simvoludur.
(last modified 2024-05-23T04:11:47+00:00 )
Noy 22, 2023 07:22 Asia/Baku
  • Rəisi: Qəzza Qərbin mənəvi tənəzzülünün simvoludur

İran İslam Respublikası prezidenti BRİCS liderlərinin vebinar iclasında Qəzzada baş verən hadisələrlə bağlı deyib: Qəzza Qərbin mənəvi tənəzzülünün simvoludur.

Aran Radiosu xəbər verir ki, Seyid İbrahim Rəisi 21-noyabr 2023-cü il tarixində BRİCS liderlərinin fövqəladə vebinar iclasında ABŞ-ın bütün beynəlxalq təşkilatları yararsız hala saldığını bildirərək, sionistlərin cinayətlərinin dayandırılması üçün təkliflər verib.

İran BRİCS üzvləri və hökumətlərinin təhlükəsizliyi qorumaq, ədaləti bərqərar etmək və dünyada irqi ayrı-seçkiliyə qarşı mübarizə aparmaq üçün ayağa qalxmasını və bütün siyasi və iqtisadi güclərini sionist rejimə və onun qərbli tərəfdarlarına təzyiq etmək üçün istifadə etmələrini tələb edir.- Rəisi əlavə edib.

İran prezidenti Amerika və Qərbin Qəzzada soyqırım və uşaq qırğınlarına hərtərəfli dəstəyini hər şeydən pis hesab edib və vurğulayıb: “Amerika, İngiltərə, Almaniya və Fransa hər gün sionist rejimə hər cür silah və bomba göndərir, atəşkəsə qarşı çıxırlar. Amerika hətta Qəzzaya bütün yardım yollarını bağlayıb və BMT Təhlükəsizlik Şurasını iflic vəziyyətinə salıb.”

Rəisi əlavə edib: BMT Təhlükəsizlik Şurasının sülh və təhlükəsizlik yaratmaq missiyasını yerinə yetirməkdə acizliyini və atəşkəs üçün məcburi qətnamənin verilməsinə mane olduğunu nəzərə alaraq, BRİCS-ə üzv ölkələrin Sülh Alyansı çərçivəsində Qəzza xalqına qarşı cinayətin dayandırılması məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sionist rejim əleyhinə məcburi qətnamə qəbul etməsi zəruridir.

prezident Rəisi xatırladıb ki, Sionist rejimin xəstəxanalara, tibb mərkəzlərinə və dini məkanlara davamlı hücumları, qadın və uşaqları, həkimləri, tibb bacılarını və jurnalistləri qətlə yetirməsi terror aktlarıdır və bu saxta rejimin terrorçu, ordusunu isə terror təşkilatı kimi tanımaq lazımdır.

Rəisi daha sonra deyib: “BRİKS üzvləri xüsusi beynəlxalq missiya yaratmaqla, bu rejim başçılarının və məmurlarının cəzalandırılması üçün əsaslar təmin etmək məqsədilə bu cinayəti dərhal araşdırmalı və onun hesabatını ictimaiyyətə açıqlamalıdır və BRİCS üzvləri sionist rejimlə siyasi, iqtisadi və hərbi əlaqələrinin tamamilə kəsilməsini dərhal gündəmə gətirməlidirlər.

O, həmçinin BRİKS üzvü olan ölkələr tərəfindən Fələstin xalqının özünü müdafiə etmək hüququnun tanınmasını istəyib.