Tehranda “ila Beytül-Müqəddəs” təlimi keçirilib
Tehranda müxtəlif təbəqələrdən olan insanların iştirakı ilə məzlum Fələstin xalqına dəstək məqsədilə “ila Beytül-Müqəddəs”adlı təlim keçirilib.
“İla Beytül-Müqəddəs” təlimi İran İslam İnqilabı Keşikçilərinin Həzrət Məhəmməd Rəsulullah (s) Korpusu (SEPAH) tərəfindən Bəsic həftəsi münasibətilə məzlum Fələstin xalqına dəstək olaraq hazırlanıb və bu gün səhər saatlarəndan (cümə) müxtəlif insanların iştirakı ilə başlayıb.
Bəsic və xalqın müxtəlif təbəqələri bu yürüşdə iştirak etməklə məzlum Fələstin xalqına öz dəstəklərini və sionist rejimin cinayətlərinə nifrət hissini nümayiş etdirmək üçün Tehranın İnqilab küçəsinə gəliblər.
Bu yürüş İnqilab və Vəliəsr küçələrinin kəsişməsindən Tehran Universitetinə qədər Beytül-Müqəddəsə doğru 50.000 nəfərlik böyük və epik təlim şüarı ilə keçirilib.
Tehran Bəsiclərinin müxtəlif qrupları və paytaxt əhalisi bu təlimə qoşulublar.
İslam İnqilabının qələbəsindən sonra düşmənlərin İrana qarşı fitnələri günü-gündən genişlənib.
Belə bir vəziyyətdə Həzrət İmam Xomeyninin (r.ə) sərəncsm ilə1979-cu il noyabrın 26-da müstəzəflər bəsic təşkilatı yaradıldı.