İranın xarici işlər naziri: Cənubi Qafqazda daimi sülh və sabitlik əldə edilməlidir
https://parstoday.ir/azeri/news/iran-i3252-İranın_xarici_işlər_naziri_cənubi_qafqazda_daimi_sülh_və_sabitlik_əldə_edilməlidir
İranın xarici işlər naziri Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasını vurğulayıb.
(last modified 2023-11-27T07:11:23+00:00 )
Noy 26, 2023 09:40 Asia/Baku
  • İranın xarici işlər naziri: Cənubi Qafqazda daimi sülh və sabitlik əldə edilməlidir

İranın xarici işlər naziri Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasını vurğulayıb.

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkənin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Ermənistandakı səfiri Mehdi Sübhani ilə görüşüb.

Aran Radiosu xəbər verir ki, bu barədə Əmir-Abdullahian “X” hesabında paylaşım edib.

Hüseyn Amir-Abdullahian X sosial səhifəsində bu görüşlə bağlı yazıb: “İranın Azərbaycan Respublikası və Ermənistandakı səfirləri ilə görüşdə Cənubi Qafqaza diqqət və diplomatik sistemin xaricilərin müdaxiləsi olmadan bu regionda daimi sülh və sabitliyin bərqərar olmasına və İranın bu iki ölkə ilə əlaqələrinin inkişafına diqqət yetirilməsi ölkələrin İran İslam Respublikası hökumətinin qonşuluq siyasəti olduğu vurğulandı.”.