İran Silahlı Qüvvələrinin Yunan-Roma güləş komandası dünya çempionu olub
https://parstoday.ir/azeri/news/iran-i3324-İran_silahlı_qüvvələrinin_yunan_roma_güləş_komandası_dünya_çempionu_olub
Ölkəmizin Silahlı Qüvvələrinin Yunan-Roma güləş yığması Bakıda keçirilən 36-cı Dünya Ordularının Güləş Turnirində 3 qızıl, 4 gümüş, 2 bürünc medal ilə bu turnirin çempionu olub.
(last modified 2023-12-04T07:12:13+00:00 )
Dek 02, 2023 16:44 Asia/Baku
  • İran Silahlı Qüvvələrinin Yunan-Roma güləş komandası dünya çempionu olub

Ölkəmizin Silahlı Qüvvələrinin Yunan-Roma güləş yığması Bakıda keçirilən 36-cı Dünya Ordularının Güləş Turnirində 3 qızıl, 4 gümüş, 2 bürünc medal ilə bu turnirin çempionu olub.

Aran Radiosu İRNA-a istinadla xəbər verir ki, Azərbaycan komandası ikinci, Rusiya isə üçüncü dünya çempionu adını qazanıb.

Həmçinin, ölkəmizin Silahlı Qüvvələrinin sərbəst güləş yığması yarışın bu mərhələsində ikinci olub.

Qeyd edək ki, bu turnir Azərbaycan Respublikasında dünya ordularından 20 ölkənin nümayəndəsinin iştirakı ilə keçirilib.