Kənani Çafi : Azərbaycan xalqını qorxutmalı olan İran deyil, sionist rejimdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikasının öz vətəndaşlarına İrana səfər etmək xəbərdarlığına cavab olaraq deyib: İran sivil və İslam ölkəsidir Azərbaycan xalqını qorxutmalı olan sionist rejimdir .
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəsinin İrana qarşı Qeyri-konstruktiv və qeyri-dost hərəkətlərindən sonra öz vətəndaşlarını İrana səfər etmək barədə xəbərdarlıq edərək lazımsız səfərlərdən çəkinməyi tələb edib.
Bununla əlaqədar bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü “Nasir Kənani Çafi” Azərbaycan Respublikası dövlətinin Bu hərəkətinə münasibət bildirib və “Twitter” səhifəsində yazıb: “Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlarının İrana səfər etməsinə qarşı xəbərdarlıq edib!" Bu, saxta, uşaq öldürən və işğalçı sionist rejimin başçısının bu yaxınlarda Bakıya səfəri zamanı tutduğu siyasətin eynisidir.
Kənani Çafi deyib: İranın siyasəti vizaları ləğv etmək və azərbaycanlı bacı-qardaşlara qucaq açmağa davam edir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü qonşuluq siyasətinin davam etdirilməsini təbii ki, qarşılıqlı hörmət və qonşuluq adətlərinə hörmət çərçivəsində İran İslam Respublikası Dövlətinin əsas gündəliyi kimi vurğulayıb.