Əmir-Abdullahiyan: İsrail rejimi boykot edilsin
(last modified Tue, 05 Dec 2023 12:25:55 GMT )
Dek 05, 2023 16:25 Asia/Baku
  • Əmir-Abdullahiyan: İsrail rejimi boykot edilsin

Bu gün səhər saatlarında Rusiya xarici işlər nazirliyinin akt zalında açılan beş xəzəryanı ölkənin xarici işlər nazirlərinin on ikinci iclası sionist rejimin Fələstindəki cinayətlərini pisləməklə işə başlayıb. İclasda bu cinayətlərin durdurulması üzrə plan irəli sürülüb, eləcə də xəzəryanı ölkələr arasındakı əməkdaşlıqların genişləndirilməsi üzrə həll yolları araşdırılıb.

Sahilyanı ölkələrin təhlükəsizliklərini bir-birinə bağlı məsələ adlandıran Hüseyn Əmir-Abdullahiyan bu ölkələrin Fələstin hadisələri ilə bağlı sayıqlığı və təşəbbüskarlığını önəmli adlandırıb.

İran xarici işlər naziri sonra beynəlxalq təşkilatların sionist rejimin cinayətləri və Fələstin xalqından on altı min nəfərdən çox insanı şəhid etməsi qarşısında rol oynamalarını istəyib və deyibdir ki, sionist rejimin hərbi caniləri beynəlxalq məhkəmələrdə cəzalandırılmalıdırlar.

İsrail rejimini Qəzzə zolağına və qərb sahilinə qarşı hücumları durdurmağa vadar etmək üzrə yeni təkliflər irəli sürən Əmir-Abdullahiyan vurğulayıbdır ki: İşğal olunmuş Fələstin ərazilərinə ticarət mallarının ixracatı dayandırılmalı və İsrail rejimi istehsalı olan mallar boykot edilməlidirlər və bu, Qəzzə əhalisinə empatiya göstərmək istiqamətində görüləcək minimum işdir.