İran və Azərbaycan kontr-admirallarının görüşündə Xəzər dənizinin təhlükəsizliyi vurğulanıb
(last modified Wed, 06 Dec 2023 06:17:00 GMT )
Dek 06, 2023 10:17 Asia/Baku
  • İran və Azərbaycan kontr-admirallarının görüşündə Xəzər dənizinin təhlükəsizliyi vurğulanıb

İran və Azərbaycan dəniz qüvvələri komandirləri görüşüblər

Bakıda səfərdə olan İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Şəhram İrani Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov ilə görüşüb.

Görüşdə iki ölkə arasında müdafiə, təlim və birgə hərbi təlimlər sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Aran Radiosu İRNA-a istinadla xəbər verir ki, bu görüşdə tərəflər Xəzər dənizini sülh, dostluq və əməkdaşlıq dənizi adlandırıb və beş Xəzər sahili ölkəsi arasında ticarəti və tranziti artırmaq üçün onun təhlükəsizliyini vurğulayıblar.