Kənani: Amerika regiondakı gərginliyə görə son nəticədə məsuliyyət daşıyır
İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinin milli təhlükəsizlik müşavirinin ittihamlarına cavab olaraq deyib, sionist rejimin Qəzzada davam edən hərbi cinayətləri qarşısında ABŞ məsuliyyət daşıyır və bölgədəki gərginliyin son səbəbidir.
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bazar ertəsi axşam Yəmənin Ənsarullah hərəkatının sionist rejimə məxsus iki gəminin hədəfə alınmasını İranla əlaqələndirərək deyib: Biz inanırıq ki, son nəticədə İran məsuliyyət daşıyır.
Ceyk Sallivan əlavə edib: ABŞ Yəmənin sionist gəmilərinə qarşı hücumlarına uyğun cavab tapmaq üçün müttəfiqləri ilə məsləhətləşir.
İRNA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib: Vaşinqtonun Qəzza və İordan çayının qərb sahilindəki sionist rejimi tərəfindən fələstinlilərə qarşı müharibə, cinayət və soyqırımını tam dəstəklədiyi bir vaxtda Amerikanın regionda təhlükəsizliklə bağlı narahatlığını ifadə etməsi,daha çox acı zarafat kimidir və Amerika hökumətinin aşkar ikiüzlülüyünə işarədir.
Qərbi Asiya regionunda təhlükəsizliyin inteqrasiya olunmuş, çox əlaqəli bir kateqoriya olduğuna diqqət çəkən Kənani qeyd edib: Amerika hökumət rəsmilərinin iddialarının əksinə olaraq, bu ölkənin bölgənin quru və su coğrafiyasında hərbi mövcudluğu heç vaxt təhlükəsizlik faktoru olmayıb və Amerika hökuməti qeyri-qanuni plan və müdaxilələri ilə region ölkələrini təhlükəli vəziyyətə salmaq və Fələstin xalqının hüquqlarını pozmaq bahasına sionist rejimin təhlükəsizliyi və qeyri-qanuni maraqlarını həyata keçirmişdir; Aydındır ki, Fələstinin taleyini yalnız onun xalqı müəyyən edəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, bölgədə təhlükəsizliyin təmin edilməsi məsuliyyəti region ölkələrinin öhdəsindədir və əgər xarici müdaxilə olmazsa, bu, region ölkələrinin kollektiv əməkdaşlığı ilə təmin edilə bilər.
Kənani vurğulayıb ki, İsrailin aparteid rejimini qeyd-şərtsiz dəstəkləməyə və bu rejimə bombalar və ölümcül silahlar göndərməyə davam etməklə ABŞ hökuməti Qəzza və İordan çayının qərb sahilində rejimin fələstinlilərə qarşı davam edən hərbi cinayətlərinin əsas səbəbdir və son nəticədə bölgədəki gərginliyə görə məsuliyyət daşıyır.
İran İslam Respublikasının regionda təmsilçi qüvvəsi yoxdur və region ölkələrindəki müqavimət qrupları ölkələrinin təhlükəsizliyi və ya məzlum Fələstin xalqını dəstəkləmək üçün tamamilə müstəqil və öz mülahizə və qərarlarına əsasən hərəkət edirlər.-İranın diplomatik sisteminin sözçüsü vurğulayıb.
Kənani həmçinin İran İslam Respublikasının beynəlxalq dəniz qaydalarına hörmət və sadiqliyini və beynəlxalq su yollarının təhlükəsizliyinin təmin edilməsində təsirli rolunu vurğulayaraq Amerika rəsmilərinin ittihamlarını regionda gərginliyin azaldılmasında faydalı hesab etməyib.