İranın xarici işlər naziri Cenevrəyə səfər edib
İran İslam Respublikasının xarici işlər naziri nümayəndə heyətinin başçılığı ilə Cenevrəyə gedib.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Ümumdünya Qaçqınlar Forumunda iştirak etmək üçün Cenevrəyə gedib.
Əmir-Abdullahian bu səfərdə Dünya Qaçqınlar Forumunda iştirak etməklə yanaşı, Cenevrədə iştirak edən bəzi beynəlxalq rəsmilər və nazirlərlə Qəzzadakı vəziyyət və sionistlərin cinayətlərinin dayandırılması və Qəzza məzlum xalqına humanitar yardımların göndərilməsi ilə bağlı görüşəcək.
Dünən gecə İran İslam Respublikası diplomatik xidmətinin rəhbəri Rusiya, Çin və Türkiyənin xarici işlər nazirləri ilə telefon danışığlnda Fələstindəki vəziyyəti, sionistlərin Qəzzada törədtiyi cinayətlərinin dayandırılmasının zəruriliyi və ABŞ-ın atəşkəs yaradılması üçün təklif edilən qətnaməyə veto qoyması hərəkəti ilə bağlı danışıb və müzakirə edib.