İran MN müdafiə sistemlərinin modernləşdirilməsi və istehsalına çalışır
https://parstoday.ir/azeri/news/iran-i3490-İran_mn_müdafiə_sistemlərinin_modernləşdirilməsi_və_istehsalına_çalışır
İran müdafiə naziri vurğulayıb ki: Sistemlərin modernləşdirilməsi, həmçinin yeni sistemlərin tərif və istehsal edilməsi İran Müdafiə Nazirliyinin iş gündəmində durur.
(last modified 2023-12-13T09:29:05+00:00 )
Dek 13, 2023 13:28 Asia/Baku
  • İran MN müdafiə sistemlərinin modernləşdirilməsi və istehsalına çalışır

İran müdafiə naziri vurğulayıb ki: Sistemlərin modernləşdirilməsi, həmçinin yeni sistemlərin tərif və istehsal edilməsi İran Müdafiə Nazirliyinin iş gündəmində durur.

Briqada generalı Məhəmməd-Rza Aştiyani bu gün nazirlər kabineti iclasının kənarında Müdafiə Nazirliyində iri addımların atılmasından xəbər verib.

«Məsaf»,/ Müdafiə Nazirliyinin məhsulu olan modern silahdır və getdikcə, müəyyən məcmuələri onunla təchiz edəcəyik- deyən müdafiə naziri əlavə edib: Bütün sahələrdə böyük işlər görülməkdədir və məhdudiyyət səbəbindən, onları növbə ilə təqdim edəcəyik. Beləliklə, çox böyük işlər görülür. Onlara/ «Məcid» sistemi və «Kərrar» PUA-sının təchiz edilməsini nümunə göstərə bilərik.

Briqada generalı Aştiyani yerli helikopterin düzəldilməsi barədə isə belə deyib: Biz bu sahədə addımlar atmaqdayıq.