İran BMT-dən Sistan və Bəlucistandakı terror aktını pisləməyi tələb edib
https://parstoday.ir/azeri/news/iran-i3504-İran_bmt_dən_sistan_və_bəlucistandakı_terror_aktını_pisləməyi_tələb_edib
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrvani BMT-nin baş katibi Antonio Qutereşə və eyni zamanda Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda Sistan və Bəlucistanda törədilən terror aktını pisləməklə, bu qurumlar tərəfindən həmin terror aktının məhkum etməsin tələb edib.
(last modified 2023-12-16T07:04:03+00:00 )
Dek 16, 2023 05:51 Asia/Baku
  • İran BMT-dən Sistan və Bəlucistandakı terror aktını pisləməyi tələb edib

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrvani BMT-nin baş katibi Antonio Qutereşə və eyni zamanda Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda Sistan və Bəlucistanda törədilən terror aktını pisləməklə, bu qurumlar tərəfindən həmin terror aktının məhkum etməsin tələb edib.

Cümə axşamı axşam saatlarında Ceyş Əl-Zəlum terrorçularının İranın cənub-şərqindəki Rask şəhərində polis qərargahına hücumunda 12 polis şəhid olub.

Bu terror aktı və 12 polisin şəhid olmasından sonra bu gün, (şənbə günü) İranın Sistan və Bəlucistan əyalətində ictimai matəm elan edilib.

İRNA-nın məlumatına görə, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi cümə günü məktubunda deyib: İran İslam Respublikası bu cür iyrənc və qəddar terror aktlarını qətiyyətlə pisləyir və məsuliyyət daşıyanların mühakiməsi və cavabdehliyini təmin etmək üçün sarsılmaz öhdəlik götürür.

İrvani vurğulayıb: İran İslam Respublikası dərhal baş katib və Təhlükəsizlik Şurasından bu hücumu açıq və ən sərt şəkildə pisləmələrini tələb edir.

Bu tələb Baş katibin qəti və aydın mövqeyinə, eləcə də qətnamələr vasitəsilə terrorizmi beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid kimi ardıcıl olaraq tanıyan və bir daha təsdiq edən Təhlükəsizlik Şurasının sübut edilmiş təcrübəsinə uyğundur.- Əmir Səid İrvani əlavə edib.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi həmçinin deyib: İran İslam Respublikası terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə möhkəmdir.

İran səfiri Təhlükəsizlik Şurasının sədri və BMT-nin baş katibinə ünvanladığı məktubda bu məktubun Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınmasını istəyib.