Əmir-Abdullahian Qətərdə səfərdədir
https://parstoday.ir/azeri/news/iran-i3590-Əmir_abdullahian_qətərdə_səfərdədir
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdollahian çərşənbə axşamı gecə bir nümayəndə heyətinin başçılığı ilə Tehrandan Dohaya yola düşüb.
(last modified 2023-12-20T05:19:28+00:00 )
Dek 20, 2023 05:33 Asia/Baku
  • Əmir-Abdullahian Qətərdə səfərdədir

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdollahian çərşənbə axşamı gecə bir nümayəndə heyətinin başçılığı ilə Tehrandan Dohaya yola düşüb.

Aran Radiosu İRNA-a istinadla xəbər verir ki, bu səfər zamanı Əmir- Abdullahian Fələstində baş verən son hadisələri, bu böhranın və Qəzzanın müdafiəsiz əhalisinin sionist rejim tərəfindən öldürülməsinin qarşısını almaq üçün həll yolları, həmçinin Qətərin yüksək rütbəli rəsmiləri ilə ikitərəfli əlaqələri müzakirə edəcək.

Bu, Qəzzada gərginlik başlayandan bəri İran diplomatiyasının rəhbərinin Qətərə dördüncü səfəridir.

Qeyd edək ki, İran İslam Respublikası Qəzzada baş verən hadisələrin başlanğıcından sionist rejim və ABŞ-a açıq şəkildə xəbərdarlıq edib ki, müharibənin davam etdirilməsi regionda gərginliyin artmasına səbəb olacaq.