İran dünyada Salək xəstəliyinin müalicəsi üçün dərman istehsal edən üçüncü ölkədir
İsfahanın əczaçılıq və biliyə əsaslanan şirkətlərindən biri Salək və ya dəri leyşmaniyası müalicəsi üçün "meglumin antimuniat" adlı dərmanı istehsal etməyə müvəffəq oldu və bununla, İran dünyada bu dərmanı istehsal edən üçüncü ölkə olub.
Fransanın “Sanofi” şirkəti tərəfindən “Glukantim” brendi ilə istehsal olunan dərmanın oxşarı olan "meglumin antimuniat" preparatı dünyada salək dəri xəstəliyinin (dəri leyşmaniozu) ilk müalicə xətti kimi məşhurdur; Bu dərman indiyə qədər Fransa və Amerikada istehsal olunub.
Qeyd edək ki, dəri leyşmaniyası, ağcaqanad dişləməsi ilə insanlara keçən bir dəri xəstəliyidir ki fəsadlar və acınacaqlı nəticələr gətirir
Son vaxtlar İsfahanda bilik bazası lisenziyasına malik olan əczaçılıq şirkətlərindən biri bu dərmanı kütləvi şəkildə istehsal etməyə nail olub və
Beləliklə, daxili ehtiyacları ödəmək və valyutaya qənaət etməklə yanaşı, digər ölkələrə, xüsusilə də Yaxın Şərq regionuna ixrac etmək mümkün olub.