İran İslam Respublikasının nümayəndəsi Almatı iclasında iştirak edir
İran İslam Respublikasının nümayəndəsi Almatı Prosesi Ekspertlər Qrupunun Bakıda keçirilən iclasında iştirak edir.
Üzv ölkələrin nümayəndələrinin və müşahidəçilərin iştirakı ilə bu gün (çərşənbə günü) keçiriləcək bu iclasda qəbul edən ölkələrdə mühacirlərlə bağlı məsələlər, regional əməkdaşlığın gücləndirilməsi və miqrasiya sahəsində fəaliyyətin əlaqələndirilməsi, həmçinin məlumatların idarə edilməsi və keyfiyyətinin yaxşılaşdırılması sahəsində ölkələrin təcrübələri müzakirə olunacaq.
Bu iclasda İran Daxili İşlər Nazirliyi adından Milli Miqrasiya Təşkilatının sosial məsələlər üzrə baş direktoru Behzad Moradipur iştirak edəcək.
Əfqanıstan, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkiyə və Türkmənistan hazırda Almatı Prosesinin üzvləridir. İran və Pakistan ölkələri isə müşahidəçi statusuna malikdir.