Qəzzə əhalisinin köçürülməsi ABŞ-ın iş gündəmində durur
https://parstoday.ir/azeri/news/iran-i3646-qəzzə_əhalisinin_köçürülməsi_abŞ_ın_iş_gündəmində_durur
İran İslam Respublikası prezidenti Fələstin barədə Tehranda keçirilən beynəlxalq konfransda Qəzzə əhalisinin zorla köçürülməsinin amerikalıların iş gündəmində durduğunu bildirib.
(last modified 2023-12-25T07:04:16+00:00 )
Dek 24, 2023 08:47 Asia/Baku
  • Qəzzə əhalisinin köçürülməsi ABŞ-ın iş gündəmində durur

İran İslam Respublikası prezidenti Fələstin barədə Tehranda keçirilən beynəlxalq konfransda Qəzzə əhalisinin zorla köçürülməsinin amerikalıların iş gündəmində durduğunu bildirib.

Konfransdakı çıxışında Fələstin məsələsinin bəşəriyyət dünyası üçün əsas mövzu olduğunu bildirən Seyid İbrahim Rəisi söyləyib: Hegemonçuluq sistemi cərəyanı/ hegemonçuluq və zülmlə Fələstin xalqının hüquqlarını pozmaq istəyir. Onlar qanuna və insanlığa məhəl qoymurlar.

Amerika və sionistlər «bəşəriyyətə qarşı cinayət» ittihamı ilə beynəlxalq məhkəmədə mühakimə olunmalıdırlar- deyən Rəisi əlavə edib: İşğalçılıqla mübarizənin həll yolu, birincisi, işğalçıların çıxarılmaları. İkincisi, qəsbkarların cəzalandırılmaları, üçüncüsü isə, işğalçı tərəfindən kompensasiyanın ödənilməsidir. Bütün hüquqi qaydalarda bu, işğalçılıqla mübarizə üzrə həll yoludur.

Amerikalılar «sülhün bərqərarı» iddiası ilə Kemp-Devid, Şərmülşeyx və Oslo müqavilələrini imza ediblər- deyə, Rəisi bildirib.

İran İslam Respublikası prezidenti sonra vurğulayıb: Sionist rejim dörd yüzdən çox beynəlxalq bəyaniyyə və qətnaməni pozub və heç bir müqavilə və müahidəyə sadiq qalmayıbdır.