İran xarici işlər nazirinin İrəvana səfəri başa çatıb
https://parstoday.ir/azeri/news/iran-i3710-İran_xarici_işlər_nazirinin_İrəvana_səfəri_başa_çatıb
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian çərşənbə günü gecə İrəvandan Tehrana yola düşüb.
(last modified 2023-12-28T06:07:16+00:00 )
Dek 28, 2023 05:17 Asia/Baku
  • İran xarici işlər nazirinin İrəvana səfəri başa çatıb

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian çərşənbə günü gecə İrəvandan Tehrana yola düşüb.

Hüseyn Əmir-Abdollahian Ermənistana səfəri zamanı xarici işlər naziri Ararat Mirzoyan, baş nazir Nikol Paşinyan və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb və söhbət edib.

Əmir-Abdollahianın Ermənistana səfərlərinin əsasını siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi, regional məsələlər və 3+3 mexanizmi çərçivəsində Ermənistanla Azərbaycan Respublikası arasında sülhün bərqərar olması təşkil edirdi.

O, bir günlük səfərinin sonunda İrəvanın Göy məscidində bu ölkədə yaşayan bir qrup iranlı ilə də görüşüb.