Bu gün Həzrət Fatimeyi Zəhranın (s) mübarək mövlud günüdür
https://parstoday.ir/azeri/news/iran-i3770-bu_gün_həzrət_fatimeyi_zəhranın_(s)_mübarək_mövlud_günüdür
Bu gün (çərşənbə) hicri 1445-ci il Cəmədius-Sanının 20-si, miladi 2024-cü il yanvarın 3-u, Həzrəti Məhəmməd Mustafanın (s) sevimli qızı və Əmir Əl-Möminin Həzrət Əli ibn Əbi Talibin (ə) həyat yoldaşı Həzrət Fatimeyi Zəhranın (s) mübarək mövludu günüdür.
(last modified 2024-01-04T05:54:20+00:00 )
Yan 03, 2024 05:17 Asia/Baku
  • Bu gün Həzrət Fatimeyi Zəhranın (s) mübarək mövlud günüdür

Bu gün (çərşənbə) hicri 1445-ci il Cəmədius-Sanının 20-si, miladi 2024-cü il yanvarın 3-u, Həzrəti Məhəmməd Mustafanın (s) sevimli qızı və Əmir Əl-Möminin Həzrət Əli ibn Əbi Talibin (ə) həyat yoldaşı Həzrət Fatimeyi Zəhranın (s) mübarək mövludu günüdür.

Həzrət Fatimeyi Zəhra (s) uşaqlıq illərindən vəhy evində əziz atası Həzrəti Məhəmmədin (s) rəhbərliyi ilə kamillik, elm və fəzilətin ən yüksək məqamlarına çatmışdır.

Həzrət Məhəmmədin (s) sevimli qızı da dünyanın ilk şiə imamı İmam Əlinin (ə) isti və dinc evində öz zövcəlik və analıq vəzifələrini ən gözəl şəkildə yerinə yetirdi və öz qucağında İmam Həsən (ə), İmam Hüseyn (ə) və Həzrət Zeynəb (ə) kimi böyük və təqvalı insanlar yetişdirdilər.

Həzrət Fatimeyi-Zəhra (s) bütün istiqamətlərdə dünya qadınları üçün örnək sayılır və onun mövludu İranda “Ana” və “Qadın” günü kimi qeyd olunur və bu gündə qadınların, xüsusən də anaların statusu şərəfləndirilir.

Bu münasibətlə bütün İslami İranda aləmlərin xanımı, İslam Peyğəmbəri  Həzrət Məhəmməd Mustafanın (s) sevimli qızının mövludu gecəsi və günü bayram tədbirləri keçirilir.

İran İslam Respublikasının Aran Radiosu Həzrət Fatimeyi-Zəhranın (s) mövludunun mübarək ildönümü münasibətilə bütün müsəlmanları və dünyanın digər azadlıqsevərlərini təbrik edir.