İran ilə Türkiyə arasında 10 anlaşma müqaviləsi imzalanacaq
Yanvarın 4-də İran İslam Respublikası Prezidenti Seyid İbrahim Rəisinin Ərdoğanın dəvət ilə Türkiyəyə səfəri nəzərdə tutulub.
Səfər çərçivəsində bir çox ikitərəfli və regional məsələlərin müzakirəsi ilə yanaşı, Türkiyə ilə İranın xüsusilə terrorla mübarizədə konkret əməkdaşlıq istiqamətində addımlar atması gözlənilir.
Digər tərəfdən, iki ölkə arasında ticarət həcminin 30 milyard dollara yüksəldilməsi hədəflənir.
Bu səfərdə ikitərəfli əlaqələrlə yanaşı, Qəzzadakı son hadisələr də daxil olmaqla regional məsələlər də müzakirə olunacaq.
Türkiyənin Ticarət Nazirliyinin məlumatına görə, Türkiyənin podratçı şirkətləri İranda ümumi dəyəri 4,6 milyard dollar olan 56 layihəni öhdəsinə götürüb.
Yanvarın sonunda Tehranda keçiriləcək Birgə İqtisadi Komissiyanın iclasında iki ölkə arasında ticarətin inkişafı istiqamətində səylərin artırılması gözlənilir.
Səfər zamanı iki ölkə arasında ümumilikdə on anlaşma müqaviləsinin imzalanacağı təxmin edilir.