İŞİD Kermanda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
https://parstoday.ir/azeri/news/iran-i3818-İŞİd_kermanda_törədilən_terror_aktına_görə_məsuliyyəti_öz_üzərinə_götürüb
İŞİD terror qruplaşması verdiyi bəyanatda İranın cənubundakı Kirman Şəhidləri şəhidlər Gülzarında törədilən terror partlayışlarına görə məsuliyyəti öz üzərinə götürüb.
(last modified 2024-01-07T07:28:47+00:00 )
Yan 05, 2024 06:32 Asia/Baku
  • İŞİD Kermanda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terror qruplaşması verdiyi bəyanatda İranın cənubundakı Kirman Şəhidləri şəhidlər Gülzarında törədilən terror partlayışlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Çərşənbə axşamı (yanvarın 3-də) İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin keçmiş komandanı, şəhid general Qasım Süleymaninin dördüncü ildönümü münasibətilə keçirilən mərasimdə İranın cənubundakı Kirman şəhərinin Şəhidlər Gülzarına gedən yolda bu mərasimin zəvvarları arasında iki terror partlayışı baş verib, nəticədə 84 nəfər şəhid olub, 284 nəfər yaralanıb.

Bununla bağlı İran Radio və Televiziya xəbər agentliyinin məlumatına görə, İŞİD terror qruplaşması cümə axşamı günü bəyanat yayaraq Kirmandakı bu cinayətin məsuliyyətini öz üzərinə götürüb.