Türkiyənin xarici işlər naziri Əmir Abdullahian ilə telefon danışığı olub
Yan 05, 2024 10:04 Asia/Baku
Türkiyənin xarici işlər naziri Fidan İranın xarici işlər naziri Abdullahianla telefonla danışığında Kirman şəhərində baş verən terror aktına görə İran İslam Respublikası hökuməti və xalqına başsağlığı verib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fidan iranlı həmkarı Əmir Abdullahian ilə söhbətitində İranın Kirman şəhərində törədilən terror aktında şəhid olanlarla bağlı başsağlığı verib.
Ttelefon danışığı zamanı İran prezidenti Seyid İbrahim Rəisinin sözügedən terror aktı ilə əlaqədar təxirə salınan və daha sonra keçiriləcək Türkiyə səfəri müzakirə olunub.