Tehran və Bakı arasında əməkdaşlığın inkişafı əhəmiyyətlidir-İran Xarici işlər naziri
https://parstoday.ir/azeri/news/iran-i3826-tehran_və_bakı_arasında_əməkdaşlığın_inkişafı_əhəmiyyətlidir_İran_xarici_işlər_naziri
Xarici işlər naziri İran İslam Respublikasının Naxçıvandakı yeni baş konsulu ilə görüşündə rəsmi Tehran və Bakı arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
(last modified 2024-01-07T07:28:44+00:00 )
Yan 05, 2024 10:22 Asia/Baku
  • Tehran və Bakı arasında əməkdaşlığın inkişafı əhəmiyyətlidir-İran Xarici işlər naziri

Xarici işlər naziri İran İslam Respublikasının Naxçıvandakı yeni baş konsulu ilə görüşündə rəsmi Tehran və Bakı arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

İran İslam Respublikasının Naxçıvandakı yeni baş konsulu Əziz Mənsuri vəzifəsini icra etməyə yola düşməsi ərəfəsində çərşənbə günü xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb və İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun yeni iş dövründə qarşıdakı planlar haqqında hesabat təqdim edib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin portalı məlumat yayıb.

Bu görüşdə xarici işlər naziri Əmir-Abdullahian İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qonşuluq siyasəti çərçivəsində əlaqələrə toxunaraq, iki ölkə arasında əməkdaşlığın Iranın Azərbaycan Respublikasındakı nümayəndələri vasitəsilə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb

Mənsuri bundan əvvəl çoxtərəfli maliyyə və kommersiya əməkdaşlığı, enerji və nəqliyyat departamentinin sədri vəzifəsində çalışıb.