İran İslam Respublikasının təşəbbüsü ilə;
Regionda qaz qovşağı yaranır
İran İslam Respublikası Rusiya, Qətər və Türkmənistanın iştirakı ilə Fars körfəzinin şimal sahilində Buşehr əyalətində yerləşən Əsəluyə sənaye rayonunda qaz qovşağı yaratmağı planlaşdırır.
Bu barədə İranın neft naziri Cavad Ouci bildirib.
O bildrib: “Bizim dünyada ikinci ən böyük qaz ehtiyatlarımız var, ona görə də biz Rusiya, Qətər və Türkmənistanla əməkdaşlıq edərək Əsəluyə bölgəsində qaz qovşağı yaratmağı planlaşdırırıq”.
Bundan əlavə, Ouci ötən ay bildirmişdi ki, İran və Rusiya on yeni neft və qaz yatağının işlənməsini müzakirə edirlər. Onun sözlərinə görə, İran hakimiyyəti "Qazprom"la danışıqlar aparır. Xüsusilə, “Qazprom” qazın mayeləşdirilməsi və dünya bazarlarına çıxarılması üzrə sonrakı layihə ilə Kiş və Şimali Pars yataqlarının işlənməsi imkanlarını nəzərdən keçirir.
2022-ci ildə İran Milli Neft Şirkəti ilə Qazprom arasında strateji əməkdaşlıq haqqında memorandum imzalanıb.
Qeyd edək ki, Əsəluyə İran və Qətərin ərazi sularında Fars körfəzinin mərkəzi hissəsində yerləşən Şimal - Cənubi Pars dünyanın ən böyük neft və qaz yatağının hasilat mərkəzidir.