İran OPEK-in neft hasilatınıda rekorda sahibdir
https://parstoday.ir/azeri/news/iran-i3962-İran_opek_in_neft_hasilatınıda_rekorda_sahibdir
ABŞ Energetika Nazirliyinin İnformasiya Departamentinin statistikasına əsasən, İran Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) neft hasilatının artırılması üzrə rekordçu olub.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Yan 15, 2024 08:41 Asia/Baku
  • İran OPEK-in neft hasilatınıda rekorda sahibdir

ABŞ Energetika Nazirliyinin İnformasiya Departamentinin statistikasına əsasən, İran Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) neft hasilatının artırılması üzrə rekordçu olub.

ABŞ Energetika Nazirliyinin informasiya Departamenti İranın ötən il  neft hasilatının əvvəlki illə müqayisədə gündəlik 330 min barel artaraq 2 milyon 870 min barel olduğunu açıqlayıb.

Həmin məlumata əsasən, Səudiyyə Ərəbistanı 2023-cü ildə OPEK-in ən böyük istehsalçısı olacaq, ondan sonra gündə 4 milyon 320 min barel neft hasilatı ilə İraq, 2 milyon 960 min barrel neft hasilatı ilə Birləşmiş Ərəb Əmirlikləri, 2 milyon 870 min barel hasilatı ilə İran, və Küveyt gündəlik 2.590.000 barel hasilatı ilə bu baxımdan ikincidən-beşinci yerləri bölüşüblər.