Davos sammiti çərçivəsində İranın xarici işlər nazirinin məsləhətləşmələri davam edir
https://parstoday.ir/azeri/news/iran-i3990-davos_sammiti_çərçivəsində_İranın_xarici_işlər_nazirinin_məsləhətləşmələri_davam_edir
Davos sammitində iştirak etmək üçün çərşənbə axşamı İsveçrəyə səfər edən İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdollahian İspaniyanın xarici işlər naziri Xose Manuel Albares və Pakistanın müvəqqəti baş naziri Ənvər-ül Haq Kakar ilə görüşüb və danışıqlar aparıb.
(last modified 2024-01-17T07:07:30+00:00 )
Yan 17, 2024 06:58 Asia/Baku
  • Davos sammiti çərçivəsində İranın xarici işlər nazirinin məsləhətləşmələri davam edir

Davos sammitində iştirak etmək üçün çərşənbə axşamı İsveçrəyə səfər edən İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdollahian İspaniyanın xarici işlər naziri Xose Manuel Albares və Pakistanın müvəqqəti baş naziri Ənvər-ül Haq Kakar ilə görüşüb və danışıqlar aparıb.

Aran Radiosu IRNA-nın hesabatına istinadən xəbər verir ki;Hüseyn Əmir-Abdollahian çərşənbə axşamı İsveçrədə Davos Sammiti çərçivəsində baş tutan bu iki görüşdə müxtəlif məsələləri müzakirə edib.

İran İslam Respublikası Davos 2024 sammitinin proqramlarında iştirak etmək üçün dəvət olunub və bu əsasda xarici işlər naziri Hüseyn Əmir-aَbdollahian bu sammitin proqramlarında iştirak etmək üçün çərşənbə axşamı İsveçrəyə səfər edib.

Zirvə proqramlarında iştirak etməklə yanaşı, Əmir Abdullahianın sammitdə iştirak edən həmkarları və müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri ilə müxtəlif ikitərəfli görüşləri olacaq, görüşlərdə ikitərəfli, regional və beynəlxalq maraq doğuran məsələlər müzakirə olunacaq.

Davos Sammiti hər il İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu tərəfindən dünyanın yüksək səviyyəli dövlət və özəl rəsmilərinin iştirakı ilə keçirilir.