Pakistan səfirliyi: Tehran-İslamabad əməkdaşlığı regionda sülh üçün həyati əhəmiyyət kəsb edir
https://parstoday.ir/azeri/news/iran-i4032-pakistan_səfirliyi_tehran_İslamabad_əməkdaşlığı_regionda_sülh_üçün_həyati_əhəmiyyət_kəsb_edir
Pakistanın Tehrandakı səfirliyi ölkəsinin İran İslam Respublikasının yanında olduğunu vurğulayaraq, iki qardaş ölkə arasında əməkdaşlıq və qarşılıqlı etimadın regional sülh üçün həyati əhəmiyyət daşıdığını bildirib.
(last modified 2024-01-20T04:08:04+00:00 )
Yan 19, 2024 10:18 Asia/Baku
  • Pakistan səfirliyi: Tehran-İslamabad əməkdaşlığı regionda sülh üçün həyati əhəmiyyət kəsb edir

Pakistanın Tehrandakı səfirliyi ölkəsinin İran İslam Respublikasının yanında olduğunu vurğulayaraq, iki qardaş ölkə arasında əməkdaşlıq və qarşılıqlı etimadın regional sülh üçün həyati əhəmiyyət daşıdığını bildirib.

Pakistanın Tehrandakı səfirliyi bu gün “X” sosial şəbəkəsindəki rəsmi  hesabında yazdığı mesajda Pakistanın bütün çətin vəziyyətlərdə həmişə İranın yanında olduğunu bildirib.

Bu mesajda deyilir: mürəkkəb regional şəraitdə İran və Pakistan arasında əməkdaşlıq və qarşılıqlı etimad sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edir.

Bundan əvvəl Pakistanın İrandakı keçmiş səfiri, hazırda İslamabadda Xarici İşlər Nazirliyinin regional məsələlər üzrə müavini vəzifəsində çalışan Rəhim Həyat Qureşi X sosial şəbəkəsində yazıb: İran və Pakistan qardaşlıq münasibətlərinə malikdir və bütün məsələləri müsbət dialoq yolu ilə həll etmək üçün irəliləyəcəklər.