Tehranın cümə namazının xətibi :“Fəttah” hipersəs raketi regionun təhlükəsizliyini yaxşılaşdırdı
https://parstoday.ir/azeri/news/iran-i408-tehranın_cümə_namazının_xətibi_fəttah_hipersəs_raketi_regionun_təhlükəsizliyini_yaxşılaşdırdı
Tehranın cümə namazının xətibi “Fəttah” hipersəs raketinin təqdimatını regionda təhlükəsizlik səviyyəsini yüksəldən “Ümid” və “İman” fabrikinin məhsulu adlandırıb.
(last modified 2023-06-10T07:04:21+00:00 )
İyun 09, 2023 14:08 Asia/Baku
  • Tehranın cümə namazının xətibi :“Fəttah” hipersəs raketi regionun təhlükəsizliyini yaxşılaşdırdı

Tehranın cümə namazının xətibi “Fəttah” hipersəs raketinin təqdimatını regionda təhlükəsizlik səviyyəsini yüksəldən “Ümid” və “İman” fabrikinin məhsulu adlandırıb.

Tehranın cümə namazının xətibi Höcətül-islam vəl müslimin Məhəmməd Cavad Hacı Əli Əkbəri SEPAH Hərbi Hava Qüvvələrinin “Fəttah” hipersəs raketinin təqdimatına toxunaraq deyib: “Bu şirin hadisə möminlərin qəlbini sevindirdi və şeytanlarda qorxu tufanına səbəb oldu”.

Höcətül-islam Hacı Əli Əkbəri düşmənlərin son illərdə, xüsusən də ötən ilki iğtişaşlar zamanı İrana qarşı sui-qəsdlərini xatırladaraq əlavə edib: Düşmən çox yaxşı bilir ki ona İran xalqının iman və ümidinən zərbə vurulub və bundan sonra da belə olacaq.

Tehranın cümə namazının xətibi hegemonun İran xalqına qarşı düşmənçiliyinə işarə edərək deyib: Bütün hiylələri itirən, masanın üzərindəki variantları masanın altına düşən düşmən yumşaq müharibə ilə bölgə xalqlarını parçalamağa çalışır , Mədəni istilarına illər əvvəl başlasalar da, bu günlər öz şeytani otaqlarında həmişəkindən daha fəaldırlar.