Müqavimət qüvvələrinin hücumu nəticəsində çoxlu sayda sionist həlak olub
https://parstoday.ir/azeri/news/iran-i4104-müqavimət_qüvvələrinin_hücumu_nəticəsində_çoxlu_sayda_sionist_həlak_olub
Müqavimət qüvvələrinin Qəzza zolağının cənubunda İsrail işğalçı qüvvələrinə qarşı hücumunda çoxlu sayda sionist hərbçi həlak olub və yaralanıb.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Yan 23, 2024 09:37 Asia/Baku
  • Müqavimət qüvvələrinin hücumu nəticəsində çoxlu sayda sionist həlak olub

Müqavimət qüvvələrinin Qəzza zolağının cənubunda İsrail işğalçı qüvvələrinə qarşı hücumunda çoxlu sayda sionist hərbçi həlak olub və yaralanıb.

İsrail televiziyasının 12-ci kanalı bazar ertəsi Qəzza zolağında gedən döyüşlərdə həlak olan israillilərin sayının 50-dən çox olduğunu açıqlayıb.

Həmçinin iki binanın partlaması nəticəsində Qəzzanın cənubunda Xan Yunisdə 22 sionist əsgər həlak olub.

İsrail televiziyasının 14-cü kanalı da bazar ertəsi gününün Qəzza zolağında müharibənin ən çətin günlərindən biri olduğunu bildirib.

Sionist ordu həmçinin Qəzza zolağına qurudan hücumun əvvəlindən bu rejimin 200 əsgərinin öldürüldüyünü etiraf edib. Bu arada, Qəzza zolağından bu zolağın yaxınlığındakı Aşkelon bölgəsinə raket hücumu bu sionist qəsəbənin yenidən təhlükəli olmasına səbəb olub.

Təl-Əvivdə nəşr olunan “Maariv” qəzetinin yazdığına görə, israilli ekspertlər Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Qəzza zolağında silah istehsal etmək üçün yaratdığı imkanlardan çox təəccüblənirlər.

Eyni zamanda, HƏMAS hərəkatının liderlərindən olan “Sami Əbu Zəhra” vurğulayıb ki, Amerikanın mövqeyi Qəzza zolağı ilə müharibədə sionist rejim məsələsi ilə tamamilə uyğundur və iki tərəf yalnız bəzi detallarda fərqlənir.

İstənilən razılaşma Qəzza zolağına qarşı təcavüzün hərtərəfli dayandırılmasını və işğalçı qüvvələrin bu bölgədən çıxarılmasını təmin etməlidir.-"Həmas"ın bu yüksək vəzifəli üzvü vurğulayıb.

Bazar ertəsi Qəzzada israilli məhbusların ailələri sionist rejimin baş nazirinin iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya keçirənlər şüarlar səsləndirərək HƏMAS ilə məhbus mübadiləsi sazişinin dərhal imzalanmasını tələb ediblər.

İsrailli məhbusların ailələri şənbə və bazar gününə keçən gecə Təl-Əvivdə aksiya keçirərək, İsrail Nazirlər Kabinetinin HƏMAS ilə məhbusların tezliklə mübadilsinə razılıq verməsini tələb ediblər.

Sionist rejimin Qəzzada yaşayış məntəqələri, xəstəxanalar və məktəblərə vəhşicəsinə hücumlarının güclənməsi və bu ərazinin Təl-Əvivin aparteid rejiminin öldürücü silahlarının bombardmanı altında olması xəbərləri ilə “Əlqsa tufanı” əməliyyatı 180-ci gününə qədəm qoyub.

Vaşinqton rəsmiləri də sionist rejimə hərtərəfli dəstəyini maksimum dərəcədə genişləndiriblər.

Müqavimət döyüşçüləri ilə mübarizədə aciz qalan sionist rejim ordusu, bütün Qəzza xalqının anti-sionist müqavimətin üzvləri olmasına baxmayaraq, müqavimətə təzyiq etmək və öz planlarını tətbiq etmək üçün yalnız Qəzza xalqını öldürməyə çalışır.

Qəzza zolağında vəziyyət o qədər ağırdır ki, bir çox yardım təşkilatları və qurumları sionist rejimin amansız və hərtərəfli hücumları altında Qəzza sakinlərinin vəziyyətini acınacaqlı və dəhşətli adlandırıblar.

Qəzza Səhiyyə Nazirliyinin son statistikasına görə, bu bölgəyə qarşı müharibə başlayandan bəri fələstinli şəhidlərin sayı 25 mindən çox, yaralıların sayı isə 62 mindən çox olub.