İranın xarici işlər naziri Pakistana səfər edib
https://parstoday.ir/azeri/news/iran-i4202-İranın_xarici_işlər_naziri_pakistana_səfər_edib
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmirabdollahian Pakistanın yüksək rütbəli rəsmiləri ilə müzakirələr aparmaq üçün bazar günü gecə Tehrandan İslamabada yola düşüb.
(last modified 2024-01-29T07:19:46+00:00 )
Yan 29, 2024 05:07 Asia/Baku
  • İranın xarici işlər naziri Pakistana səfər edib

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmirabdollahian Pakistanın yüksək rütbəli rəsmiləri ilə müzakirələr aparmaq üçün bazar günü gecə Tehrandan İslamabada yola düşüb.

İran İslam Respublikası qüvvələrinin terrorçuların Pakistandakı qərargahına qarşı həyata keçirdiyi antiterror əməliyyatından və digər tərəfdən, Pakistan hərbi qüvvələrinin İslamabadın fikrincə, pakistanlı terrorçuların gizləndiyi yer olan İranın bir neçə sərhəd məntəqəsinə hücumundan sonra iki mühüm İslam ölkəsi arasında uzun müddət mövcud olan münasibətlərdə qeyri-müəyyənliyə dair bəzi fərziyyələr ortaya çıxdı, buna baxmayaraq, Tehran və İslamabad rəsmiləri gərginliyin artmasının qarşısının alınmasını vurğulayıblar.

Daha sonra Pakistan ikitərəfli münasibətlərdə gərginliyi azaltmaq üçün İranla razılaşma əldə etdiyini açıqladı və Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani İranın Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahianı 29 yanvar 2024-cü ildə İslamabada səfərə dəvət etdi.

İranın xarici işlər naziri bu gün (bazar ertəsi) Pakistanın yüksək vəzifəli şəxsləri ilə görüşdə Fimabin ticarət, sənaye, elmi və akademik , təhlükəsizlik və enerji sahələrində əməkdaşlığın gücləndirilməsini müzakirə edib fikir mübadiləsi aparacaq.