İran və Azərbaycan ekspertləri Araz çayı stansiyalarının yeri ilə bağlı razılığa gəliblər
https://parstoday.ir/azeri/news/iran-i4228-İran_və_azərbaycan_ekspertləri_araz_çayı_stansiyalarının_yeri_ilə_bağlı_razılığa_gəliblər
İran və Azərbaycan ekspertləri “Xudafərin” və “Qız qalası” yuxarı və aşağı axınında hidrometrik stansiyanın (sıxlığın ölçülməsi) yerləşmə ərazisinə baş çəkdikdən sonra yaxın bir ay ərzində Araz çayı hidrometrik stansiyalarının yekun yerlərinin müəyyən edilməsi üçün qrafikin hazırlanması barədə razılığa gəliblər.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Yan 29, 2024 15:56 Asia/Baku
  •  İran və Azərbaycan ekspertləri Araz çayı stansiyalarının yeri ilə bağlı razılığa gəliblər

İran və Azərbaycan ekspertləri “Xudafərin” və “Qız qalası” yuxarı və aşağı axınında hidrometrik stansiyanın (sıxlığın ölçülməsi) yerləşmə ərazisinə baş çəkdikdən sonra yaxın bir ay ərzində Araz çayı hidrometrik stansiyalarının yekun yerlərinin müəyyən edilməsi üçün qrafikin hazırlanması barədə razılığa gəliblər.

Aran Radiosu İRNA-a istinadla xəbər verir ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının ekspert və mütəxəssisləri sərhədçilərin iştirakı ilə Qızqalası bəndi iş yerində baş tutan iki günlük görüşdə Araz çayı üzərindən hidrometrik stansiyaların müəyyən edilməsi, həmçinin iki ölkə arasında Kəlalə-Ağbənd müştərək körpü tikintisi sexi ilə bağlı ortaq ərazinin təhvil verilməsi məsələlərini müzakirə ediblər.

İkinci gün ekspertlər iki ölkə arasında strateji körpünün tikintisinə aid birgə sexin yerləşəcəyi ərazi ilə tanış olublar, birgə iclasda sexin yeri körpünü inşa edən podratçıya təhvil verməklə yanaşı, tikiləndən sonra çayın yuxarı və aşağı axınının necə bərpa olunacağını da vurğulayıblar.

Bu hesabata əsasən, Araz çayı üzərində hidrometrik stansiyaların tikintisi Araz çayının su ehtiyatlarının və istifadəsinin planlaşdırılmasında səmərəli rol oynayacaq.

Həmçinin Kələla-Ağbənd məntəqəsində iki ölkə arasında strateji körpünün reallaşdırılması və bu körpünün kənarlarında İran İslam Respublikası və Azərbaycan Respublikasında beynəlxalq avtomobil yollarının həyata keçirilməsi, İran, Azərbaycan, Türkiyə və Avropa arasında quru nəqliyyatını asanlaşdıracaq.