Britaniya səfiri İran XİN-ə çağırıldı
https://parstoday.ir/azeri/news/iran-i4242-britaniya_səfiri_İran_xİn_ə_çağırıldı
Britaniyanın İran İslam Respublikasına qarşı ittihamlarının davam etməsindən sonra ölkənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
(last modified 2024-02-04T05:43:46+00:00 )
Yan 31, 2024 05:26 Asia/Baku
  • Britaniya səfiri İran XİN-ə çağırıldı

Britaniyanın İran İslam Respublikasına qarşı ittihamlarının davam etməsindən sonra ölkənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Britaniyanın səfiri Saymon Şerklif baş nazir Rişi Sunakın anti-İran möqeyindən sonra İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Aran Radiosu xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bəyanatda deyilir: “Britaniya rejiminin İran İslam Respublikasına qarşı iddialarını davam etdirməsi səbəbindən, Britaniyanın Tehrandakı səfiri Saymon Şeyrklif 30-yanvar günortadan sonra Qərbi Avropanın baş direktoru tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb və kəskin etiraz edilib”.

İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru “Məcid Nili Əhmədabadi” Britaniyanın sanksiyalarını saxta bəhanələrlə qeyri-qanuni hesab edib və bu ölkənin hakimiyyət orqanlarının İran İslam Respublikasına qarşı ittihamlarını əsassız adlandırıb və kəskin şəkildə pisləyib.

Britaniyanın Tehrandakı səfiri də İran İslam Respublikasının etirazını Londona çatdıracağını bildirib.

ABŞ-ın Suriyadakı hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ əsgərinin ölümü və bir neçəsinin yaralanmasının ardınca  Britaniyanın baş naziri Rişi Sunak Qərbi Asiya regionunda gərginliyin artması ehtimalı ilə bağlı xəbərdarlıq edib və müdaxiləçi bəyanatında deyib: “London regionda baş verən proseslərdən narahatdır və İranın regionda gərginliyi azaltmağa davam etməsini istəyir”.