Dövlət sözçüsü İran və Fransa prezidentlərinin telefon danışığına münasibət bildirib .
İran İslam Respublikası dövlətinin sözçüsü İran və Fransa prezidentlərinin telefon danışığına toxunaraq deyib: Xalq , qüdrət və iqtidara arxalanmaq ,İranın region və dünyada gerçəkliyini bir daha nümayiş etdirdi.
İran dövlətinin sözçüsü Əli Bəhadori Cəhromi öz Tvitter hesabında İran İslasm Respublikası və Fransa prezidentləri arasında telefon danışığına münasibət bildirib və Şərəf diplomatiyası həştəqindən istifadə edərək yazıb: “Muzdlularla çəkilmiş xatirə şəkilləri ,vətəni satmaq fəaliyyətlər ilə yanaşı tarixə qoşulub ”.
Fransa prezidenti Emmanuel Makron şənbə günü İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi ilə telefon danışığında ən mühüm regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.
İran İslam Respublikası prezidenti bu telefon danışığında İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq və bu təşkilatın İranın öz qanuni öhdəliklərinə sadiqliyi ilə bağlı dəfələrlə təsdiqini xatırladıb və sanksiyaların ləğvi ilə bağlı danışıqlarda hər hansı siyasiləşdirmə və qeyri-konstruktiv hərəkətlərdən çəkinməyə təkid edib.