Əziz İslam Peyğəmbərinin (s) məbəs bayramı münasibətilə təbrik edirik.
https://parstoday.ir/azeri/news/iran-i4378-Əziz_İslam_peyğəmbərinin_(s)_məbəs_bayramı_münasibətilə_təbrik_edirik.
Bu gün (cümə axşamı), hicri 1445-ci il Rəcəb ayının 27-si, 2024-cü il fevralın 8-i, Böyük İslam Peyğəmbərinin (s.ə.s) məbəsi günüdür.
(last modified 2024-02-10T07:10:07+00:00 )
Fev 08, 2024 10:13 Asia/Baku
  • Əziz İslam Peyğəmbərinin (s) məbəs bayramı münasibətilə təbrik edirik.

Bu gün (cümə axşamı), hicri 1445-ci il Rəcəb ayının 27-si, 2024-cü il fevralın 8-i, Böyük İslam Peyğəmbərinin (s.ə.s) məbəsi günüdür.

Məbəs bayramı Həzrət Məhəmməd(s.ə.s)-in 40 yaşında Həra mağarasında Həzrət Cəbrail vasitəsilə və Allah-Taala tərəfindən peyğəmbərliyə seçildiyi gündür.

O həzrət böyük ilahi peyğəmbərlərdən sonuncu elçi olaraq, Fil ilindən qırx il sonra, rəcəb ayının 27-də peyğəmbərliyə seçildi ki, cahillik və əxlaqsızlığa qərq olmuş cahil bir cəmiyyəti əxlaqmehvərli səmtə, insan ləyaqətinə və nəfs izzətinə çağırmış olsun.

Böyük İslam Peyğəmbəri(s.ə.s)-in besətini dünyada ən böyük əxlaqi və islami sivilizasiyanın təşkilinin başlanğıcı hesab etmək lazımdır ki, insanları tarix boyu təfəkkür və əqidə bulanmalarından xilas etdi.

Böyük İslam Peyğəmbəri(s.ə.s.) ən yaxşı və ən mükəmməl səmavi kitab kimi Qurani-Kərim möcüzəsi ilə məbus olubdur.

Bu məbəs insan həyatı səhnəsində insani dəyərlərin zühuru və nur partlayışı idi.

O həzrət səmavi kitab olan Quranın nazil olması ilə insan cəmiyyətində qadınlar və qızların ləyaqəti, zülm və bütpərəstliklə mübarizə, insanlara yardım, tövhid, tək Allaha pərəstiş və xoş əxlaqın əsasını qoydu və insanların dünya və axirət səadətinə çatma yolunu bəyan etdi.

İran İslam Respublikasının Aran Radiosu dünya müsəlmanlarının böyük bayramı olan Həzrət Məhəmməd Mustəfa(s.ə.s)-in besətinin ildönümü günü münasibətilə bütün dünya müsəlmanlarını təbrik edir.