Aliməqam Rəhbər: Qəzzə faciəsi hazırkı dünya nizamının təsirsiz olduğunu göstərir
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bir qrup İran rəsmisi və İslam ölkələrinin səfirləri ilə görüşündə Qəzzə faciəsinin bəşəriyyətin ən dəhşətli faciəsi olduğunu deyib və vurğulayıblar: "Qəzzə faciəsi hazırkı dünya nizamının təsirsiz olduğunu və davam edə bilməyəcəyini göstərir.
İranın bir sıra yüksək səviyyəli hərbi və dövlət rəsmiləri, eləcə də müsəlman ölkələrindən olan diplomatlar Həzrət Məhəmmədə(s) ilk vəhyin nazil olduğu və Allahın son elçisi seçildiyi günün ildönümü olan Məbəs bayramı münasibətilə paytaxt Tehranda İmam Xomeyni (r.ə) Hüseyniyyəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşüblər.
Ali Məqamlı Rəhbər görüşdə bütün İran xalqını və müsəlman xalqlarını Məbəs bayramı münasibətilə təbrik edib və bu hadisənin bəşər tarixində ən müqəddəs və ən mühüm hadisələrdən biri olduğunu qeyd edib, buyurublar: "Böyük Peyğımbərin besəti ilə bəşəriyyətin bu dünyada və axirətdə səadətinə yönəlmiş tam, son və əbədi göstərişlər Həzrət Məhəmmədə (s) nazil oldu".
Həzrət Ayətullahül-üzma Xamenei Qəzzə faciəsinə toxunaraq, buyurublar: "Qəzzə faciəsi bəşəriyyətin faciəsidir və bu, mövcud dünya nizamının batil bir nizam olduğunu və davam edə bilməyəcəyini göstərir".
Ali Məqamlı Rəhbər qeyd ediblər ki, ABŞ, Britaniya və sionist rejimin bütün dəstəkçiləri mövcud dünya nizamını davam etdirə bilməzlər.
O Həzrət, 30 minə yaxın Qəzzəlinin qətliamının və mühasirəyə alınmış anklavda xəstəxanaların bombalanmasının Qərb mədəniyyətinin süqutuna dəlalət etdiyini bildirib və buyurublar: "Bütün bu cinayətlərin arxasında ABŞ-ın sionistlərə silahl, maliyyə və siyasi dəstəyi dayanır.
Ali Məqamlı Rəhbər qeyd edib ki, Qəzzə faciəsinin son yolu və həlli dünya güclərinin Qəzzə məsələsindən kənara çəkilmələridir, çünki fələstinli döyüşçülər indiyə qədər olduğu kimi döyüş meydanını idarə etmək iqtidarındadırlar.
O Həzrət, dövlətlərin sionist rejimə siyasi və silahl dəstəyini kəsməli olduqlarını və xalqların bu böyük vəzifəni yerinə yetirmək üçün öz hökumətlərinə təzyiq etməkdə məsuliyyət daşıdıqlarını vurğulayıb.