22 Bəhmən yürüşü xarici mediada geniş işıqlandırılıb
İran İslam İnqilabının qələbəsinin 45-ci ildönümünün möhtəşəm mərasimi dünya miqyasında əks-səda doğurdu.
Ötən gün (bazar) 22 bəhmən 1402, 2024-cü il fevralın 11-i, İran İslam İnqilabının qələbəsinin 45-ci ildönümü idi.
Əvvəlki illərdə olduğu kimi bu il də İranın 1400 şəhəri və 38 min kəndində müxtəlif təbəqələrdən olan İslami İran xalqı 22 Bəhmən yürüşündə Könüllü olaraq şövqlə iştirak ediblər.
Bu il 22 Bəhmən yürüşünü 7300 yerli və xarici müxbir işıqlandırıb.

İran xalqının İslam İnqilabının qələbəsinin 45-ci ildönümü münasibətilə yürüşü və İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin çıxışı “AFP”, “Reuters”, “Associated Press”, “Əl-Cəzirə Mubaşir” xəbər agentliklərində, Rusiya, Çin və dünyanın digər KİV-lərində geniş işıqlandırılıb.
Fransanın AFP xəbər agentliyi Tehranda İran İslam İnqilabının ildönümü mərasiminin başlanmasının ilk dəqiqələrində Tehrandan canlı görüntülər yayımlayaraq insanların müxtəlif küçələrdə Azadi meydanına doğru hərəkətini əks etdirib.
Həmçinin Reuters xəbər agentliyi bildirib ki, İslam İnqilabının 45-ci ildönümündə yüz minlərlə iranlı sionist rejimin Qəzza zolağındakı müharibəsi fonunda İranın hər yerində yürüş edərək "İsrailə ölüm" və "Amerikaya ölüm" şüarları səsləndiriblər.
Reuters xəbər agentliyi əlavə edib ki, İran prezidenti Seyid İbrahim Rəisi Amerika və bəzi Qərb ölkələrini sionist rejimin Qəzza zolağında insanlığa qarşı cinayətlərinin tərəfdarları kimi tanıyıb.
“Reuters”in xəbərinə görə, minlərlə iranlı bayraqlar, inqilabi və dini şüarlar yazılmış plakatlarla əsas küçə və meydanlarda yürüş keçirib.
Associated Press də İran İslam İnqilabının qələbəsinin ildönümünü əks etdirən məqalə dərc edib və yazıb ki, Tehranda böyük izdiham əllərində "Amerikaya ölüm" və "İsrailə ölüm" şüarları yazılmış bayraqlar və plakatlar tutub, şüarlar səsləndirilib, yürüş yolları boyunca bəzi yerlərdə Amerika və İsrail bayraqları yandırılıb.
“Vaşinqton Post” internet saytı həmçinin bildirib ki, İran İslam İnqilabının 45-ci ildönümü ilə bağlı anım mərasimi Qəzza zolağında müharibə və sionist rejimin cinayətləri ilə bağlı gərginliyin Qərbi Asiyanın geniş ərazilərini bürüdüyü bir vaxtda keçirilib.
“Times of Israel” qəzeti də yazıb: İran elə bir zamanda İslam İnqilabının 45-ci ildönümünü qeyd edir ki, Qərbi Asiyada Qəzza zolağındakı müharibə səbəbindən gərginlik öz möəyyən edici günlərini keçirir.
Bu İsrail qəzeti yazır ki, minlərlə iranlı bayraq, pankart və şarlarla bəzədilmiş şəhərlərin küçə və meydanlarında yürüş keçirib.
“Əl-Cəzirə”, “Əl-Cəzirə Mubaşir”, “Əl-Məyadin”, “Əl-Mənar”, “Əl-Məsirə” və “Əl-Qüds” kimi ərəb telekanalları da müntəzəm proqramlarını dayandıraraq, İran İslam Respublikası prezidentinin İran İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə çıxışını yayımlayıblar.
İraqın Əl-Nəcbə telekanalı 22 bəhmən yürüşünün və İran İslam Respublikası prezidentinin bu yürüşdə iştirakının görüntülərini yayımlayıb.
“Əl-İttica” telekanalıda birbaşa olaraq Tehran xalqının İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə yürüşünü və İran prezidentinin çıxışını işıqlandırıb.
Əl-Əhd şəbəkəsinin Teleqram kanalı da İran İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə İranın cənub əyalətlərində milyonlarla insanın yürüşünün görüntülərini dərc edib.
Əl-Məyadin telekanalı adi proqramlarını dayandıraraq 22 Bəhmən bayramı yürüşü üçün Azadi meydanında İran xalqının iştirakı ilə bağlı reportaj yayımlayıb.