İranın xarici işlər naziri Cenevrəyə səfər edib
https://parstoday.ir/azeri/news/iran-i4544-İranın_xarici_işlər_naziri_cenevrəyə_səfər_edib
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının 55-ci sessiyasında iştirak etmək üçün Cenevrəyə daxil olub.
(last modified 2024-02-26T07:19:49+00:00 )
Fev 26, 2024 04:42 Asia/Baku
  • İranın xarici işlər naziri Cenevrəyə səfər edib

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının 55-ci sessiyasında iştirak etmək üçün Cenevrəyə daxil olub.

İranın xarici işlər naziri Əmir-Abdullahiyan bazar ertəsi səhər saatlarında diplomatik nümayəndə heyətinin başçılığı ilə İnsan Haqları Şurasının yüksək səviyyəli iclasında və BMT-nin Silahsızlanma Konfransının yüksək səviyyəli bölməsində iştirak etmək üçün Cenevrəyə səfər edib.

Əmir Abdullahiyan iki yüksək səviyyəli görüşdə çıxış edərək, görüşlərin gündəliyi ilə bağlı İran İslam Respublikasının mövqe və fikirlərini açıqlayacaq.

O, həmçinin Fələstin alt iclasında iştirak edərək İran İslam Respublikasının Fələstin və Qəzza və İordan çayının qərb sahilində davam edən böhranla bağlı mövqe və baxışlarını bildirəcək.

Bəzi iştirakçı ölkələrin xarici işlər nazirləri, eləcə də BMT-nin yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüş və dialoq İran xarici işlər nazirinin bu səfərdə digər planları arasında olacaq.