İranla İraq arasında ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub
https://parstoday.ir/azeri/news/iran-i4548-İranla_İraq_arasında_ikitərəfli_əməkdaşlığın_inkişafı_müzakirə_olunub
Bazar günü İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani İran İslam Respublikasının Bağdaddakı səfiri Məhəmməd Kazım Aali-Sadiq ilə görüşüb və ikitərəfli əməkdaşlığı müzakirə edib.
(last modified 2024-02-26T07:19:51+00:00 )
Fev 26, 2024 05:09 Asia/Baku
  • İranla İraq arasında ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub

Bazar günü İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani İran İslam Respublikasının Bağdaddakı səfiri Məhəmməd Kazım Aali-Sadiq ilə görüşüb və ikitərəfli əməkdaşlığı müzakirə edib.

Tərəflər ikitərəfli əlaqələri və bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsi yollarını müzakirə ediblər.

Bu görüşdə əl-Sudani İraq hökumətinin regiondakı bütün ölkələrlə əlaqələri genişləndirməyə hazır olduğunu və regional və beynəlxalq sabitlik gətirəcək planlar üzərində çalışdığını vurğulayıb.

İran və İraqın strateji əlaqələri müxtəlif siyasi, təhlükəsizlik, hərbi, ticarət və mədəni sahələrdə genişdir və iki ölkənin ali rəhbərlərinin iradəsi əməkdaşlıq və ikitərəfli qarşılıqlı əlaqələrin səviyyəsini yüksəltməkdir.