Rəisi: İran və Venesuela münasibətləri daha yüksək səviyyələrə qaldırılmalıdır
https://parstoday.ir/azeri/news/iran-i460-rəisi_İran_və_venesuela_münasibətləri_daha_yüksək_səviyyələrə_qaldırılmalıdır
İran İslam Respublikası prezidenti deyib: İran və Venesuelanın müxtəlif qarşılıqlı imkanları iki ölkə arasında razılaşmaların tez bir zamanda həyata keçirilməsini və iki ölkə arasında əlaqələrin daha yüksək səviyyələrə yüksəldilməsini tələb edir.
(last modified 2023-08-27T04:57:44+00:00 )
İyun 13, 2023 05:21 Asia/Baku
  • Rəisi: İran və Venesuela münasibətləri daha yüksək səviyyələrə qaldırılmalıdır

İran İslam Respublikası prezidenti deyib: İran və Venesuelanın müxtəlif qarşılıqlı imkanları iki ölkə arasında razılaşmaların tez bir zamanda həyata keçirilməsini və iki ölkə arasında əlaqələrin daha yüksək səviyyələrə yüksəldilməsini tələb edir.

İran Press-in verdiyi məlumata görə, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi çərşənbə axşamı səhər İran və Venesuelanın yüksək səviyyəli nümayəndə heyətlərinin Karakasda keçirilən birgə iclasında iki ölkə arasındakı münasibətləri strateji xarakterli kimi qiymətləndirib və qeyd edib : İran və Venesuela arasında son illərdə əlaqələrin genişlənməsinə baxmayaraq, Qarşılıqlı müxtəliflik imkanları iki ölkənin razılaşmalarının mümkün qədər tez həyata keçirilməsini və onlar arasında əlaqələrin daha yüksək səviyyələrə yüksəldilməsini tələb edir.

Rəisi İranın texniki-mühəndislik xidmətlərinin ixracı və kənd təsərrüfatı və mineral məhsullarının emalı sahəsindəki imkanlarına toxunaraq əlavə edib: İran xalqı hegemon sistemi qarşısında dayanaraq  sanksiyaları aradan qaldırmaqla elm və texnologiya sahəsində dəyərli təcrübə və nailiyyətlər əldə edib ki bu nailiyyətləri Venesuela ilə mübadilə edə bilər.

İran İslam Respublikası prezidenti İran və Venesuela arasında gəmiçilik xətlərinin daha fəal olmasını vurğulayaraq, sənaye, mədən, enerji və pul-bank məsələlərində əməkdaşlığın genişləndirilməsini iki ölkə arasında əlaqələrin dərinləşməsi və möhkəmlənməsi üçün vacib hesab edib.

Venesuela prezidenti Nikolas Maduro da İran və Venesuelanın yüksək səviyyəli nümayəndə heyətlərinin müştərək iclasında Tehran və Karakas arasında strateji əlaqələrin tarixini yüksək qiymətləndirib və bu ölkə hökumətinin İran İslam Respublikası ilə əlaqələrin genişləndirilməsi üçün səy və tədbirlərin yeni mərhələsinə başlamaq əzmində olduğunu bildirib.

Venesuela prezidenti İran və Venesuelanın neft gəlirlərindən iqtisadi asılılığı azaltmaq və bununla da iki ölkə iqtisadiyyatının xarici sanksiyalara qarşı müqavimətini artırmaq səylərinə toxunaraq deyib: Yaranan yeni dünyada imperializm çökür və müstəmləkəçilərin təkəbbürünə müqavimət göstərən ölkələr isə qələbənin astanasındadırlar .

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi, dost ölkələrlə əlaqələri gücləndirmək məqsədi ilə, bazar ertəsi səhər, siyasi və iqtisadi heyətin başında Latın Amerikasında Venesuela, Nikaraqua və Kubaya gedib.

Beş günlük səfərin ilk yeri Karakasdır.