Yerli və xarici jurnalistlər Tehranın İrşad hüseyniyyəsi seçki məntəqəsində
https://parstoday.ir/azeri/news/iran-i4630-yerli_və_xarici_jurnalistlər_tehranın_İrşad_hüseyniyyəsi_seçki_məntəqəsində
İslami Şura Məclisinin 12-ci və Rəhbərlik Ekspertlər Məclisinin 6-cı seçki dövrü başlamazdan əvvəl İrşad hüseyniyyə seçki məntəqəsi səsverməni işıqlandırmaq üçün yerli və xarici media nümayəndələrinin iştirakının şahidi olub.
(last modified 2024-03-02T10:49:42+00:00 )
Mart 01, 2024 12:11 Asia/Baku
  • Yerli və xarici jurnalistlər Tehranın İrşad hüseyniyyəsi seçki məntəqəsində

İslami Şura Məclisinin 12-ci və Rəhbərlik Ekspertlər Məclisinin 6-cı seçki dövrü başlamazdan əvvəl İrşad hüseyniyyə seçki məntəqəsi səsverməni işıqlandırmaq üçün yerli və xarici media nümayəndələrinin iştirakının şahidi olub.

 

Məntəqədə görüntülü, audio və yazılı media müxbirlərinin iştirakı bu məntəqədəki insanların uzun növbəsindən heç də az deyil. Bu arada xarici və yerli fotoqraflar İrşad hüseyniyyəsində seçicilərin uzun növbələrinin görüntülərini yayımlayıb.“Şəriəti” küçəsində insanlar səs vermək üçün İrşad hüseyniyyəsinə girmək üçün növbəyə duran seçicilərin şahidi olurlar. Bu növbədə kişi və qadın, gənc və yaşlı bütün nəslin nümayəndələri var. Həmçinin bəzi seçicilər azyaşlı uşaqlarını özləri ilə gətiriblər.