İran Rusiyada törədilən terror aktını pisləyib
“Crocus City Hall”da törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.
Iran islam Respublikasaı Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Moskvada ticarət mərkəzində törədilmiş və çoxlu sayda Rusiya vətəndaşının ölümü və yaralanması ilə nəticələnən qanlı və vəhşi terror aktını qətiyyətlə pisləyib.
Nasir Kənani Rusiya hökuməti və xalqına, xüsusilə də həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, İran İslam Respublikası bu faciəvi hadisədə Rusiyanın yanındadır.
Qeyd edək ki Rusiya İstintaq Komitəsindən verilən məlumatda görə “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.
Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.
Eyni zamanda, İŞİD terror qruplaşması Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən konsert zalında törədilən terror aktına görə məsuliyyəti öz mediasında bəyanat yayaraq rəsmən öz üzərinə götürüb.
Bunula bağlı Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevd İŞİD-in açıqlamasını saxta hesab edərək deyib: İŞİD bu terror aktına görə məsuliyyət daşımır.