İranlı güləşçilər yeniyetmələr arasında Asiya çempionatında üç qızıl medal qazanıblar
İyun 13, 2023 22:23 Asia/Baku
Asiya çempionatının ilk yarış günündə yeniyetmələr kateqoriyasında üç iranlı güləşçi üç qızıl medal qazanıb.
bazar ertəsi günü Qırğızıstanın paytaxtı Bişkekdə yeniyetmələr arasında sərbəst güləş üzrə Asiya çempionatının ilk 3 çəki dərəcəsində görüşləri keçirilib.
İlk günün sonunda İranın hər üç təmsilçisi rəqiblərini məğlub edərək, qızıl medal qazanıb.
65 kq çəkidə güləşçi "Sina Xəlili", 71 kq çəkidə "Əbül-Fəzl Hüseyni" və 80 kq çəkidə "Əbül-Fəzl Rəhmani" qızıl medal qazanıblar.
İkinci və son 7 çəki dərəcələri üzrə yarışlar da bu gün, çərşənbə axşamı keçiriləcək və İran təmsilçiləri rəqibləri ilə qarşılaşacaq.
Teqlər