İslam İnqilabının böyük Rəhbəri: Qəzza, soyqırımçı İsrail rejiminə qarşı mübarizənin əsl qalibidir
https://parstoday.ir/azeri/news/iran-i4970-İslam_İnqilabının_böyük_rəhbəri_qəzza_soyqırımçı_İsrail_rejiminə_qarşı_mübarizənin_əsl_qalibidir
İnqilabın Rəhbəri Fələstin İslami Cihad Hərəkatının baş katibini qəbul ediblər
(last modified 2024-03-30T07:25:28+00:00 )
Mart 29, 2024 05:17 Asia/Baku
  • İslam İnqilabının böyük Rəhbəri: Qəzza, soyqırımçı İsrail rejiminə qarşı mübarizənin əsl qalibidir

İnqilabın Rəhbəri Fələstin İslami Cihad Hərəkatının baş katibini qəbul ediblər

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ötən gün (cümə axşamı) Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəxalə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə müqavimət qüvvələri və Qəzza əhalisinin bu ana qədər meydanın qalibi olduğunu bildirib və deyiblər: “Qəzza və Fələstin əhalisinin müqaviməti və izzətinin zirvəsi və sionist rejimin bu altı aylıq müharibədəki uğursuzluqları ilahi bir hadisədir”.

İslam İnqilabının Rəhbəri sionist rejimin Qəzza əhalisinin qətli-am edilməsi istiqamətindəki cinayətlərinə işarə edərək deyiblər: “Bütün hərbi imkanlarına və dünyanın zalım güclərinin verdiyi dəstəklərə baxmayaraq, sionist rejimin qadın və uşaqları qətlə yetirməsi göstərir ki, bu rejim müqavimət qüvvələri ilə qarşılaşmaq və onları məğlub etmək iqtidarında deyil.”.

Həzrət Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibinə xitabən deyiblər: “Allahın lütfü ilə siz Qəzza əhalisinin son qələbəsini görəcəksiniz”.

Fələstin İslami Cihad Hərəkatının baş katibi  Ziyad ən-Nəxalə Fələstin mövzusunda göstərdiyi dəstəklərə görə İran İslam Respublikasına təşəkkürünü bildirərək şəhid Sərdar Süleymaninin xatirəsini ehtiramla yad edib və deyib: “Bu gün Qəzzada cərəyan edənlər, əslində, Kərbəla hadisəsinin təkrarıdır. Bütün çətinliklərə və hiylələrə baxmayaraq, Qəzza əhalisi müqavimət qüvvələri ilə birlikdə öz misilsiz müqaviməti ilə ABŞ, sionist rejim və onların himayədarlarının müqaviməti məhv etməklə bağlı planlarını iflasa uğratdı”.

O, müqavimət qüvvələri, xüsusilə HƏMAS və İslami Cihad arasındakı tam əlaqənin olduğunu vurğulayaraq deyib: “Qəzza əhalisi və müqavimət qüvvələri son qələbəyə qədər müqaviməti davam etdirməkdə qərarlıdır. Allahın lütfü ilə elə də uzaq olmayan gələcəkdə son qələbə əldə ediləcək”.