Əmir Abdullahian: qanuni müdafiə və Sionist rejimin cəzalandırılması İranın yeganə variantıdır
https://parstoday.ir/azeri/news/iran-i5218-Əmir_abdullahian_qanuni_müdafiə_və_sionist_rejimin_cəzalandırılması_İranın_yeganə_variantıdır
İranın xarici işlər naziri deyib: İran silahlı qüvvələrinin əməliyyatı qanuni müdafiə və beynəlxalq hüquq çərçivəsində təcavüzkar sionist rejimin hərbi mövqelərinə qarşıdır.
(last modified 2024-04-17T05:44:08+00:00 )
Apr 16, 2024 05:34 Asia/Baku
  • Əmir Abdullahian: qanuni müdafiə və Sionist rejimin cəzalandırılması İranın yeganə variantıdır

İranın xarici işlər naziri deyib: İran silahlı qüvvələrinin əməliyyatı qanuni müdafiə və beynəlxalq hüquq çərçivəsində təcavüzkar sionist rejimin hərbi mövqelərinə qarşıdır.

Sionist rejimin İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücumuna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu bazar günü səhər (14 aprel) işğal olunmuş ərazilərə yüzlərlə pilotsuz uçuş aparatı və raket zərbələri endirib ki, dünya mediasında və ictimai rəyində geniş əksini tapmışdır.

Təhlükəsizlik Şurasının səmərəsizliyi və İsrail rejiminin İranın Dəməşqdəki səfirliyinə hücumunu pisləmədiyi üçün qanuni müdafiə və sionist rejimin cəzalandırılması İranın təcavüzkarla mübarizədə yeganə variantı idi.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığında deyib.

İran İslam Respublikası silahlı qüvvələrinin təcavüzkar sionist rejimin hərbi mövqelərinə qarşı əməliyyatını qanuni müdafiə və beynəlxalq hüquq çərçivəsində izah edən Əmir Abdullahian əlavə edib: İran İslam Respublikası bu əməliyyatı daha geniş radiusda həyata keçirə biləcəyinə baxmayaraq, yalnız Dəməşqdəki İran səfirliyinə hücumun həyata keçirildiyi yerdən sionist rejimin hərbi mövqelərinin bir hissəsini hədəfə alıb.

İranın diplomatik xidmət rəhbəri Birləşmiş Millətlər Təşkilatının baş katibinin Fələstin xalqına yardım səylərini yüksək qiymətləndirərək bildirib ki, sionist rejim 6 aydır Qəzzada müdafiəsiz uşaq və qadınları qətlə yetirir və soyqırım edir, ABŞ və onun müttəfiqləri bu soyqırım rejiminin qarşısını almırlar.

Antonio Quterreş İran İslam Respublikasının İsrail rejiminə qarşı əməliyyatlarına toxunaraq, bölgədəki münaqişələrdə iştirak edən tərəflərdən təmkinliliyin davam etdirilməsini tələb edib.

Birləşmiş Millətlər Təşkilatının baş katibi diplomatik məkanlara hücumu pisləməklə, İran İslam Respublikasının sionist rejimə qarşı növbəti əməliyyatları dayandırmaq mövqeyini yüksək qiymətləndirib və deyib: Birləşmiş Millətlər Təşkilatı İsrail rejimindən cavab əməliyyatları keçirməməyi və sülhün bərqərar olması və zorakılığın yayılması lehinə bölgədəki gərginliyi azaltmağı tələb edib.