Prezident Rəisi: İrana qarşı ən kiçik addım ağrılı cavabla qarşılanacaq
https://parstoday.ir/azeri/news/iran-i5224-prezident_rəisi_İrana_qarşı_ən_kiçik_addım_ağrılı_cavabla_qarşılanacaq
İran İslam Respublikası prezidenti deyib: İranın mənafeyinə qarşı ən kiçik bir hərəkət mütləq onun bütün agentlərinə qarşı güclü, geniş və ağrılı cavabla qarşılanacaq.
(last modified 2024-04-17T05:44:10+00:00 )
Apr 16, 2024 10:34 Asia/Baku
  • Prezident Rəisi: İrana qarşı ən kiçik addım ağrılı cavabla qarşılanacaq

İran İslam Respublikası prezidenti deyib: İranın mənafeyinə qarşı ən kiçik bir hərəkət mütləq onun bütün agentlərinə qarşı güclü, geniş və ağrılı cavabla qarşılanacaq.

Bazar ertəsi axşam  Seyid İbrahim Rəisi, Qətər əmiri Şeyx Təmim bin Həməd Ali-Saninin telefon zənginə cavabda regionda baş verən son hadisələrə toxunaraq, regionda və hətta dünyanın ən mühüm cari məsələsini Qəzzada fələstinlilərin amansız soyqırımının davam etdirilməsi və sionist rejimin cinayətlərinin dayandırılması üçün effektiv səylərin zəruriliyi hesab edib.

Sionistlərin uşaq qətli, soyqırımı və dəhşətli cinayətləri Amerika və bəzi qərb ölkələrinin tam dəstəyi ilə davam edir, Qəzzanın məzlum və qüdrətli xalqı hələ də öz müqaviməti ilə meydanda qalib gəlir.-İran İslam Respublikasının prezidenti əlavə edib.

Prezident daha sonra sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücumu ilə bağlı terror aktını bu rejimin Qəzzaya hücumla bağlı məqsədlərinə çatmaması nəticəsində yaranan acizlik əlaməti adlandırıb və açıqlayıb: Bütün azadlıq sevənlərin və azad xalqların gözləntilərinin əksinə, eləcə də beynəlxalq qanunların açıq mətninə zidd olaraq, Qəzzada sionistlərin cinayətlərinin qarşısını ala bilməmələri kimi, Birləşmiş Millətlər Təşkilatı və Təhlükəsizlik Şurası İranın Dəməşqdəki konsulluğuna hücumu pisləməklə bağlı minimum qanuni vəzifələrini yerinə yetirmədi. Buna görə də, İran İslam Respublikası BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan özünümüdafiə hüququndan istifadə edərək, bizə qarşı hücum etmiş mərkəzlərə qarşı əməliyyat hazırlayıb həyata keçirdi.

Rəisi bir daha sionist rejimin Qəzza zolağında cinayətlərinin davam etməsinə qarşı, xüsusilə də İslam ölkələri tərəfindən çəkindirici tədbirlərin görülməsini vurğulayıb və bəzi Qərb ölkələrinin sionist rejimə kor-koranə dəstəyini regionda gərginliyin səbəbi kimi qiymətləndirib.

“Şeyx Təmim Bin Həməd Ali-Sani” də Qətər və İran arasındakı münasibətlərin iki ölkə liderləri arasında yüksək qarşılıqlı etimada əsaslanan fərqləndirici və imtiyazlı olduğunu təsvir edib və bildirib: İran və Qətər bütün şəraitdə bir-birini dəstəkləyib və dəstəkləyir.

Qətər əmiri İran İslam Respublikasının sionist rejimin cinayətinə cavab tədbirinin layihələndirilməsi və həyata keçirilməsində taktikasını yüksək qiymətləndirib və bunu hamı üçün aydın bir mesaj hesab edirib.