İranın hücumunun miqyası ABŞ-ı şoka saldı
https://parstoday.ir/azeri/news/iran-i5300-İranın_hücumunun_miqyası_abŞ_ı_şoka_saldı
İranın İsrailə hücumlarının miqyası ABŞ rəsmilərini şoka salıb.Bu barədə “Uoll Strit Jurnal” nəşri yazıb.
(last modified 2024-04-22T05:27:52+00:00 )
Apr 21, 2024 16:19 Asia/Baku
  • İranın hücumunun miqyası ABŞ-ı şoka saldı

İranın İsrailə hücumlarının miqyası ABŞ rəsmilərini şoka salıb.Bu barədə “Uoll Strit Jurnal” nəşri yazıb.

 

“İranın hücumunun miqyası aprelin 13-də Ağ Evin “situasiya otağına” toplaşanları şoka salıb. Bu, gözlədiyimiz həddən də yuxarı oldu”, - rəsmilərdən biri nəşrə açıqlamasında bildirib.

Qəzet yazıb ki, dünyada heç kim bu qədər ballistik raketin qarşısını ala bilməyib:

“Vaşinqtonda hesab edirlər ki, ABŞ və İsrail eyni anda 50 ballistik raketin qarşısı ala bilərlər, amma 100-dən çox raketlə bağlı Pentaqon təminat verə bilmir”.