İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Regionda vəziyyət dəyişib
https://parstoday.ir/azeri/news/iran-i5328-İran_silahlı_qüvvələrinin_baş_qərargah_rəisi_regionda_vəziyyət_dəyişib
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: Qərbi Asiya regionu İranın sionist rejimin həssas bölgələri və hərbi bazasına qarşı cavab və tənbeh hərəkətindən əvvəl və sonra dəyişilib.
(last modified 2024-04-28T07:11:24+00:00 )
Apr 24, 2024 06:01 Asia/Baku
  • İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: Regionda vəziyyət dəyişib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: Qərbi Asiya regionu İranın sionist rejimin həssas bölgələri və hərbi bazasına qarşı cavab və tənbeh hərəkətindən əvvəl və sonra dəyişilib.

Iran Radio və Televiziya xəbər agentliyinin məlumatına görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri hərbi və milli rəsmilərin iştirakı ilə keçirilən Ali Milli Müdafiə Universitetinin kompleks planının təqdimat mərasimində bölgənin indiki həssas vəziyyətində Ali Milli Müdafiə Universitetinin ölkənin və regionun gələcək vəziyyətini araşdırmalı olduğunu vurğulayraq əlavə edib: Doğru vəd əməliyyatında sionist rejimin İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hücumu ilə bağlı son cinayətlərinə sərt cavab verilib.

Qeyd edək ki, 2024-cü il aprelin 1-də sionist rejim İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücum edərək İranın 7 ali hərbi müşavirinin şəhadətinə səbəb olub.

İslam İnqilabının Böyük Rəhbəri və İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei Təl-Əvivin hərəkətini İran İslam Respublikası ərazisinə hücum adlandırıb və sionist rejimin “cəzalandırılacağını” vurğuladılar.

Bununla əlaqədar olaraq, bazar günü səhər (14 aprel 2024-cü il) İslam İnqilabı Keşikçiləri Korpusu “Doğru vəd əməliyyatı” ilə işğal olunmuş ərazilərə doğru pilotsuz təyyarələr və raketlərdən atəş açaraq bu təcavüzkar rejimi cəzalandırdı.