Əmir-Abdullahian Qambiyaya səfər edib
İran İslam Respublikasının xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatı Rəhbərləri Konfransının 15-ci iclasında iştirak etmək üçün Qambiyanın paytaxtı Bancula səfər edib.
Qərbi Afrika regionunda yerləşən Qambiya İslam Əməkdaşlıq Təşkilatının 15-ci sammitinə ev sahibliyi edir.
İranın Xarici İşlər Naziri Hüseyn Əmirabdullahian bu görüşdə iştirak edərkən İslam dünyasının, regional və beynəlxalq aləmdə baş verən hadisələrlə bağlı İran İslam Respublikasının mövqelərini açıqlayacaq.
Həmçinin, bu sammit çərçivəsində İranın xarici işlər naziri İslam ölkələrinin bəzi rəsmiləri ilə görüşüb müzakirələr aparacaq.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, mayın 2-də başlayıb.
İslam Əməkdaşlıq Təşkilatının bu gün və sabah “davamlı inkişaf üzrə dialoq vasitəsilə birlik və həmrəyliyin gücləndirilməsi” əsas mövzusu ilə keçiriləcək sammitində İslam dünyasının müxtəlif mövzuları və çağırışları, xüsusilə Fələstin məsələsi və Qəzza zolağındakı mövcud vəziyyət müzakirə olunacaq.
Bu görüşdə, Fələstin qətnamə layihəsi, Banjul bəyanatının layihəsi və sammit iclasının yekun sənədinin layihəsi də daxil olmaqla cəmi üç sənəd Xarici İşlər Nazirləri Şurasının iclasına, sonra isə təsdiq olunmaq üçün Sammitə təqdim olunacaq.