Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
https://parstoday.ir/azeri/news/iran-i5546-xəzər_dənizi_məsələləri_üzrə_yüksək_səviyyəli_İşçi_qrupun_yeddinci_iclası_keçirilib
Mayın 6-7-də Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) yeddinci iclası keçirilib.
(last modified 2024-05-09T06:54:01+00:00 )
May 08, 2024 04:55 Asia/Baku
  • Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Mayın 6-7-də Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) yeddinci iclası keçirilib.

Mayın 6-7-də Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) yeddinci iclası keçirilib.

Bu barədə Iran Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, danışıqlarda İran İslam Respublikası ,Azərbaycan Respublikası ,  Qazaxıstan , Rusiya Federasiyası  və Türkmənistanın  nümayəndə heyətləri iştirak edib.

İclas zamanı, tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.

İclasda həmçinin Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub.

Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası 24-27 iyun 2024-cü il tarixlərində İran İslam Respublikasında keçiriləcək.