May 10, 2024 08:35 Asia/Baku
  • Prezident Rəisi : İranın raket və hərbi imkanları müzakirə olunmazdır

İran İslam Respublikasının prezidenti İranın raket qüdrəti və hərbi qabiliyyətini müzakirə olunmaz hesab edib.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi dünən (cümə axşamı) Qum xalqı ilə görüşündə Həzrət Məsumənin (s.ə) mövludu, həmçinin İmam Rzanın (ə) mövludu və kəramət ongünlüyünü təbrik edərək deyib: İslam İnqilabının böuük Rəhbərinin  vurğuladığı kimi, İslam Respublikasının hərbi imkanları və səlahiyyət elementləri heç bir şəkildə müzakirə edilə bilməz.

Düşmənlərin dəfələrlə iğtişaşlar, terror hücumları, partlayışlar və digər yollarla İran xalqının tərəqqisini dayandırmağa çalışdıqlarını bildirən Rəisi əlavə edib: İran xalqı polad iradə ilə Allaha təvəkkül edərək və öz sərvətlərinə arxalanaraq düşmənlərin bütün taktikalarını zərərsizləşdirib.

İran İslam Respublikası prezidenti həmçinin sionist rejimə qarşı doğru vəd əməliyyatını İran İslam Respublikasının hərbi hakimiyyətinin təzahürü kimi qiymətləndirib və deyib:İnqilabi rasionallığa arxalanaraq, dilənçilik diplomatiyasına qarşı çıxmaqla ölkənin işləri həyata keçirilir və inkişaf edir.

Rəisi həmçinin Qəzza zolağı xalqının yırtıcı sionist düşmənə qarşı 7 aylıq müqavimətini yüksək qiymətləndirib və vurğulayıb ki, Qəzza zolağında saysız-hesabsız cinayətlərə baxmayaraq, bu bölgə xalqı Uca Allaha təvəkkül edərək meydanda qalib gəlir və məğlubiyyət sionist düşmənə məxsusdur.

Teqlər