May 10, 2024 13:46 Asia/Baku
  • İnqilabın Ali Rəhbəri: Seçkilərin ikinci mərhələsinin əhəmiyyəti birinci mərhələdən az deyil

İslam İnqilabının böyük Rəhbəri İslam Şurası məclisinin 12-ci çağırış seçkilərinin ikinci mərhələsində iştirak etdikdən sonra deyiblər: Seçkilərin ikinci mərhələsinin əhəmiyyəti birinci mərhələdən az deyil və xalq öz iştirakı ilə məclisi tamamlamalıdır.

Ali Məqamlı Rəhbərin informasiya portaləna istinadən, İslam İnqilabının böyük Rəhbəri Ayətullah Xamenei bu gün səhər Tehranda İslam Şurası məclisinin çağırış seçkilərinin ikinci mərhələsi üçün səsvermənin başlanmasının ilk dəqiqələrində İmam Xomeyninin (r.ə) adına Hüseyniyyədəki səyyar seçki məntəqəsində elektron şəkildə keçirilən seçkilərin bu turunda iştirak ediblər.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri seçkilərdə iştirak etdikdən sonra vurğulayıblar ki, ikinci mərhələnin əhəmiyyəti birinci mərhələdən az deyil və xalq seçkilərin bu mərhələsində iştirak etməklə parlamenti tamamlamalıdır.

İslam İnqilabının böyük Rəhbəri Rəhbəri seçkiləri xalqın hüzurunun və onların iradə və qərar verməsinin əlaməti hesab edərək deyiblər: Ölkənin tərəqqisini, böyük hədəflərə yaxınlaşmasını sevən hər bir insanın milli borcu seçkilərdə iştirak etməkdir.

Həzrət Ayətullah Xamenei qeyd ediblər: Nə qədər çox səs olarsa, parlament bir o qədər güclü olar və parlament nə qədər güclü olarsa, ölkədə işləmək imkanı bir o qədər çox olar.

Teqlər