İran prezidentinin helikopteri qəzaya uğrayıb
https://parstoday.ir/azeri/news/iran-i5650-İran_prezidentinin_helikopteri_qəzaya_uğrayıb
İran İslam Respublikasının prezidentini daşıyan helikopterin İranın şimal-qərbindəki şərq azərbaycan bölgəsində qəzaya uğraması barədə təsdiqlənməmiş xəbərlər yayılır.
(last modified 2024-05-20T03:10:33+00:00 )
May 19, 2024 16:22 Asia/Baku
  • İran prezidentinin  helikopteri qəzaya uğrayıb

İran İslam Respublikasının prezidentini daşıyan helikopterin İranın şimal-qərbindəki şərq azərbaycan bölgəsində qəzaya uğraması barədə təsdiqlənməmiş xəbərlər yayılır.

İranın daxili işlər nazirinin sözlərinə görə, prezident nümayəndə heyəti ilə qayıdarkən helikopterlərdən biri  hava şəraiti ilə əlaqədar sərt eniş etməli olub, xilasetmə qrupları həmin yerə doğru hərəkət ediblər.